Gələn ay Naxçıvan və Qəbələ şəhərləri arasında uçuşlar həyata keçiriləcək.
“May ayının 23-dən sərnişinlər daha bir reysdən istifadə etmək imkanı qazanacaqlar. Bu, Qəbələ-Naxçıvan-Qəbələ reysidir. Həftənin cümə və bazar günləri təşkil ediləcək reysdə “EMBRAER-170” tipli təyyarədən istifadə olunacaq. Sərnişin təyyarəsinin tutumu 76 nəfərdir”, - deyə Naxçıvan Beynəlxalq Hava Limanından “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna bildirilib.
Bir şəhərdən digərinə uçuş müddəti 55 dəqiqədir
Məlumata görə, artıq bu reysə biletlərin satışına başlanılıb. Biletlərin qiyməti 52 manatdır.
Naxçıvan Beynəlxalq Hava Limanında yaradılan şərait son illər bu ünvandan ölkəmizin bəzi regionlarına və xarici ölkələrə aviareyslərin təşkil olunmasına imkan verib. Bu, blokada şəraitində yaşayan naxçıvanlıların və Naxçıvana gələn qonaqların hava xəttindən istifadəsinə şərait yaradıb.
Yaxın gələcəkdə Naxçıvan-Ərzurum-Naxçıvan və Naxçıvan-Kiyev-Naxçıvan istiqamətində də aviareyslərin təşkili nəzərdə tutulub.
Hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Bakı və Gəncəyə, həmçinin Moskva və İstanbul şəhərlərinə uçuşlar həyata keçirilir.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət