Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup alimi respublikanın görkəmli alimlərinin adını daşıyan mükafatlara layiq görülüblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri AMEA-nın 2013-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı çərçivəsində keçirilən mükafatlandırma mərasimindən məlumat verir.
Mükafatların təqdimetmə mərasimində çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bu mükafatların əhəmiyyətini qeyd edib. O, bu mükafatların alimlərin yeni nailiyyətlər qazanmasına stimul verəcəyinə əminliyini ifadə edib.
“Həmçinin bu mükafatlar adlarını daşıdıqları görkəmli şəxsiyyətlərin xatirəsini əbədiləşdirəcək”,- deyə A.Əlizadə qeyd edib.
AMEA-nın qərarı ilə bu ilin fevral ayında təsis edilmiş mükafatlara yeddi alim layiq görülüb.
Akademik Çingiz Qacar fizika sahəsindəki fundamental tədqiqatları və mühüm nailiyyətlərinə görə Nəsirəddin Tusi adına, akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına, akademik Cəlal Əliyev Azərbaycanda kənd təsərrüfatı bitkilərinin fiziki-kimyəvi biologiyası sahəsində fundamental tədqiqatları və əldə etdiyi nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına, akademik Məhərrəm Məmmədyarov xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kimya sahəsində əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına, akademik Böyükkişi Ağayev Azərbaycanda səhiyyənin və tibb elminin fundamental və tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətləri və əldə etdiyi nailiyyətlərə görə akademik Mirəsədulla Mirqasımov adına, AMEA-nın müxbir üzvü İradə Hüseynova kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və əldə etdiyi nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına, geologiya-mineralogoya elmləri doktoru, professor Fərid Dadaşov Azərbaycan geologiya elmi sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasındakı mühüm xidmətlərinə görə akademik Musa Əliyev adına mükafatlarla təltif olunublar.
Bununla yanaşı, alimlərə diplomlar və 5 min manat məbləğində pul mükafatları təqdim edilib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət