“TBC Kredit” BOKT Sumqayıtda filial açıb. Bu barədə təşkilatın məlumatında deyilir.
Filialda istehlak, ipoteka kreditləri verilir, kiçik və orta biznes kreditləşdirilir.
“Bu günədək “TBC Kredit” Sumqayıtda yalnız kiçik və orta biznesin kreditləşməsi sahəsində ixtisaslaşmış kiçik bir nümayəndəliklə təmsil olunurdu. İndi isə Sumqayıt sakinlərinə tam kredit məhsulları spektrimizi təqdim etməyə şadıq. Əminik ki, bizim biznesin idarə edilməsinə tətbiq etdiyimiz yanaşma və göstərdiyimiz xidmət bazarda layiqli rəqabət yaradacaq”, – deyə məlumatda “TBC Kredit”in direktoru David Kuquradzeyə istinadən bildirilir.
“Bu il “TBC Kredit“ həmçinin regionda özünün ilk filialını açmağı planlaşdırır. Nəzərdə tutulan inkişaf strategiyasına uyğun olaraq BOKT bütün Azərbaycanda şəbəkənin genişlənməsini planlaşdırır. Hazırda Bakı və Sumqayıtda 5 filial və nümayəndəlik fəaliyyət göstərir”, - deyə məlumatda qeyd edilir.
“TBC Kredit” 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərir və respublikanın ən iri BOKT-larından biridir. 2007-ci ilin dekabrından şirkətin 75%-i Gürcüstanın aparıcı banklarından olan “TBC Bank”a, 25%-i “Enklud LTD”yə (əvvəllər “ShoreBank International Ltd” adlanırdı) məxsusdur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət