İspaniya Azərbaycanla qaz sahəsində əməkdaşlıqda, xüsusilə "Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlıdır. Bu barədə İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Joze Manuel Qarsiya-Marqalyo cümə günü Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, tikinti, informasiya texnologiyaları və turizm də Azərbaycan və İspaniya arasında əməkdaşlığın perspektivli istiqamətləridir.
Nazir qeyd edib ki, İspaniya Milli Hotellər Şəbəkəsinin nümayəndələri də nümayəndə heyətinin tərkibində Bakıya gəliblər.
J.M.Qarsiya-Marqalyo bildirib ki, hazırda qarşılıqlı ticarət və investisiya göstəricilərinin aşağı olmasına baxmayaraq, iqtisadi əməkdaşlıq böyük potensiala malikdir.
Onun sözlərinə görə, energetika, infrastruktur, nəqliyyat, ekologiya və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən İspaniya şirkətləri Azərbaycan bazarına gələ bilərlər. Azərbaycan biznesi isə İspaniyada 44 mln. nəfər və hər il ölkəyə gələn 60 mln. turistdən ibarət iri bazara çıxış əldə edir. “İspaniya bazarı Azərbaycan biznesinin qonşu ölkələrə genişlənməsi üçün meydança ola bilər”, - deyə nazir qeyd edib.
"Cənub Qaz Dəhlizi" layihəsi Xəzər regionundan Avropaya qaz tədarükünü nəzərdə tutur. Layihəyə Trans-Adriatik qaz kəməri (Trans Adriatic Pipeline, TAP) və Trans-Anadolu qaz kəməri (Trans Anadolu Pipeline, TANAP) layihələri daxildir.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. TAP qaz kəmərinin tikintisinin 2015-ci ildə, bu kəmərlə Azərbaycan qazının nəqlinin isə 2019-cu ildə başlanması nəzərdə tutulur.
Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında paylar aşağıdakı şəkildə bölünüb: SOCAR (20%), BP (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və “EGL-Axpo” (5%).
Trans-Anadolu Pipeline qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək. Bu həcmin 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
TANAP layihəsinin səhmdarları 2014-cü ilin ikinci rübündə qaz kəmərinin təməlini qoymağı, 2018-ci ildə isə istismara verməyi planlaşdırırlar. Layihənin dəyəri $10-11 mlrd. təşkil edir. Layihənin iştirakçıları SOCAR (68%), BP (12%) və BOTAS (20%) şirkətləridir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP, “Statoil”, SOCAR, LUKOIL, NICO, TOTAL və TPAO şirkətləridir.
“Mərhələ-2” $28 mlrd. dəyərində qiymətləndirilir. Hasilatın illik həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Azərbaycan qazının Avropaya nəqlinə 2019-cu ildə başlanılacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət