“Azəryolservis” ASC Sabunçu yol qovşağında iki avtomobil yolunun tikintisinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
“Hazırda Sabunçu və Bakıxanov qəsəbələri istiqamətindən gələn nəqliyyat vasitələrinin Heydər Əliyev prospektinə və Zabrat qəsəbəsi istiqamətində yeni çıxışını təmin etmək üçün Heydər Əliyev prospektinə paralel olaraq tikilən 3 hərəkət zolaqlı yolun uzunluğu 1100 metr, eni isə 12 metr təşkil edəcək. Hazırda yolun 550 metrlik hissəsində asfalt-beton örtüyü tikilir”, - deyə ASC-dən bildirilib.
Nəqliyyat vasitələrinin Sabunçu qəsəbəsindən şəhər istiqamətində və əksinə hərəkətini təmin edəcək yeni tikilən 3 hərəkət zolaqlı ikinci avtomobil yolunun uzunluğu 450 metr, eni 10,5 metr təşkil edəcək.
İşlərin nə zaman başa çatacağı barədə məlumat verilməyib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət