Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məşğulluq xidməti orqanları cari ilin birinci rübündə 6 mindən artıq şəxsi işlə təmin edib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bəyan edib.
“Nazirliyin məşğulluq xidməti orqanları cari ilin yanvar-mart aylarında 6191 nəfər vətəndaşı münasib işlərlə təmin edib, 651 nəfər işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 268 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub”, - deyə nazir İsmayıllı rayonunda təşkil olunan əmək yarmarkasında vurğulayıb.
Nazirin sözlərinə görə, hesabat dövründə 879 nəfər Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən əmək birjaları tərəfindən müvəqqəti xarakterli işlərlə təmin edilib.
S.Müslümov İsmayıllı rayonunda təşkil olunan əmək yarmarkası ilə tanış olub. Yarmarkada rayon ərazisində fəaliyyət göstərən 90-dək idarə, müəssisə, təşkilat tərəfindən 200-dən çox vakant iş yeri təqdim olunub.
Bundan başqa, yarmarkada işlə təmin olunmaqla yanaşı, işaxtaran vətəndaşların mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün qeydiyyatı aparılıb.
S.Müslümov, həmçinin İsmayıllı rayonunda Pilot Məşğulluq Mərkəzinin açılışında iştirak edib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət