Cari ilin I rübü ərzində “Sumqayıt Regional Elektrik Şəbəkəsi”nin (REŞ) xidməti ərazisində keçirilmiş reydlər zamanı 760-dan artıq istehlakçının sayğaç uçot komplektini pozması faktı aşkar edilib. Bu barədə “ Azərenerji” ASC-nin məlumatında bildirilir.
Bunun 702-si məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir.
Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 1 mln. 287,4 min kilovatsaata yaxın (bunun 1 mln. 52,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 77,2 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində bu məbləğin 70%-ə yaxın hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Cari ilin mart ayında keçirilmiş reydlər zamanı 185 qayda pozuntusu (bunun 167-si məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılıb. Nəticədə 380,8 min kilovatsaata yaxın (bunun 278,1 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 22,8 min manatdan çox istehlak dəyəri bərpa edilib”, - deyə məlumatda qeyd edilir.
2014-cü ilin I rübündə müəssisənin xidmət ərazisində 254 mln. kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 0,9% azdır. Daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 76,6 mln. kilovatsaata yaxın olub ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 12,9% çoxdur.
Bununla yanaşı, mart ayında “Sumqayıt Regional Elektrik Şəbəkəsi”nin abonentləri 76,6 mln. kilovatsaat, o cümlədən əhali 23,3 mln. kilovatsaat elektrik enerjisi istehlak edib.
“Sumqayıt Regional Elektrik Şəbəkəsi” Sumqayıt, Xırdalan, Qobustan, Bağlar və Şamaxı EŞ-ləri əlaqələndirir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət