Azərbaycan ATƏT PA-nın 28 iyun - 2 iyul tarixlərində Bakıda keçiriləcək sessiyasında Qarabağ münaqişəsi mövzusunu qaldıracaq.
“İlk növbədə biz bu tədbiri ən yüksək səviyyədə təşkil etməliyik ki, tədbir iştirakçıları öz işini rahat şəkildə görə bilsinlər. Bununla yanaşı, Azərbaycan bir daha öz mövqeyini nümayiş etdirəcək. Biz növbəti dəfə regiondakı münaqişəni, torpaqlarımızın işğal edilməsini gündəmə gətirəcəyik”,- deyə Milli Məclisin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ATƏT PA-nın Bürosu və Daimi Komitəsi tədbirin gündəliyini müəyyənləşdirir.
“Gündəlikdən asılı olmayaraq biz hər zaman birmənalı şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ilə bağlı narahatlığımızı ifadə edirik. Nə qədər ki, Qarabağ münaqişəsi həll olunmayıb, bu, bizim əsas, birinci dərəcəli problemimiz olaraq qalır və biz hər yerdə bunun barəsində danışırıq. Biz gələcəkdə də bu məsələyə diqqət çəkəcəyik”,- deyə vitse-spiker qeyd edib.
O söyləyib ki, Qarabağ münaqişəsinin yalnız ATƏT PA-nın gündəliyinə salınması kifayət deyil. Bu məsələdə sülhə nail olmaq üçün sözügedən struktur öz töhfəsini verməlidir.
“Bizim üçün vacibdir ki, bu məsələ yalnız gündəliyə salınmasın, çünki bu, kifayət deyil, məsələnin həlli üçün müəyyən addımlar da atılsın. Bununla yanaşı, ATƏT PA danışıqlar prosesinə öz töhfəsini versin, öz imkan və səlahiyyətləri çərçivəsində münaqişənin nizamlanma yollarını tapsın”,- deyə o bildirib.
Vitse-spiker, həmçinin ATƏT PA-nın sessiyasında Ermənistan nümayəndə heyətinin iştirakı məsləsinə də toxunub. Onun sözlərinə iştirakçı ölkələrə fərdi dəvət göndərilmir.
“ATƏT-ə üzv dövlətlərin hər birinə ayrı-ayrılıqda iclasda iştirak etmək üçün dəvət göndərilmir. Bu, prosesdir. Qərar verilir və hər bir ölkə bərabər dərəcədə tədbirə dəvət olunmuş sayılır, o cümlədən də Ermənistan. Azərbaycanda olarkən təhlükəsizlik tədbirləri hamı üçün eyni dərəcədə həyata keçirilir. Biz iştirakçılardan hansınasa xüsusi diqqət ayırmırıq. ATƏT PA-nın 23-cü sessiyasının Bakıda keçirilməsinə qərar verilərkən Azıərbaycan üzərinə öhdəliklər götürüb ki, bunlara da əməl edəcək. Azərbaycana kim gəlirsə gəlsin, o cümlədən də Ermənistan nümayəndələri, onların hər birinə həm təhlükəsizlik, həm də normal işləyə bilmələri baxımından eyni şərait yaradılacaq”,- deyə B.Muradova vurğulayıb.
Müsahibənin tam mətni iləwww.interfax.az saytında tanış olmaq olar.
F.İsazadə.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət