Hazırda Türkiyə Trans-Adriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisi layihəsində iştirak etməyi planlaşdırmır. Bu barədə Türkiyə mətbuatı energetika və təbii sərvətlər naziri Taner Yıldıza istinadən məlumat verir.
“Hazırda TAP layihəsində iştirak məsələsi bizim gündəliyimizdə durmur. Biz Trans-Anadolu qaz kəmərinin (Trans Anadolu Pipeline, TANAP) tikintisi layihəsində payımızın 20%-dən 30%-dək artırılmasına ümid edirik. Bu cür artım bizim üçün kapital strukturu və biznes nöqteyi-nəzərindən daha münasibdir. Perspektivdə TAP və TANAP layihələrinin səhmdarlarının tərkibi hələ dəfələrlə dəyişə bilər”, - deyə T.Yıldız vurğulayıb.
Onun sözlərinə görə, hazırda $10-12 mlrd. dəyərində qiymətləndirilən TANAP qaz kəmərinin tikintisinə investisiya qoyuluşlarının daha dəqiq həcminin müəyyən olunması məqsədilə iş davam etdirilir.
“2018-ci ilin sonunda TANAP ilə qaz nəqlini təmin etmək üçün biz 2014-cü il ərzində hazırlıq, planlaşdırma, layihələndirmə və tenderlərlə bağlı mərhələləri tam başa çatdırmalıyıq”, - deyə T.Yıldız qeyd edib.
Daha əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayevə istinadən məlumat verilib ki, TANAP layihəsinin reallaşdırılması qrafik üzrə davam edir. 2014-cü ilin sonuna borunun təməlinin qoyulması mərasimi keçirilə bilər. TANAP layihəsi üzrə əsas tikinti işləri 2015-ci ildə başlayacaq.
Xəbər verildiyi kimi, hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı qaydada bölüşdürülüb: SOCAR – 68%, “BP” (Böyük Britaniya) - 12%, “Botas” (Türkiyə) – 20%. Türkiyə tərəfi ilə razılıq əldə olunduğu halda TANAP layihəsində SOCAR-ın payı 58%, “BP”nin 12%, “Botas”ın isə 30% təşkil edəcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. TAP qaz kəmərinin tikintisinin 2015-ci ildə, bu kəmərlə Azərbaycan qazının nəqlinin isə 2019-cu ildə başlanması nəzərdə tutulur.
Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında paylar aşağıdakı şəkildə bölünüb: SOCAR (20%), BP (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və “EGL-Axpo” (5%).
Trans-Anadolu qaz kəmərinin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb.
TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət