1945-ci ilin may ayında faşist Almaniyası üzərində qazanılmış qələbə keçmiş SSRİ ərazisində yaşayan bütün xalqlar üçün böyük bayram hesab edilir. Bu barədə Azərbaycan Veteranlar Şurasının sədri, sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev bəyan edib.
“9 may Sovet İttifaqının bütün xalqları üçün müqəddəs bayramdır. Bu, bizim ümumi qələbəmizdir”, - deyə D.Rzayev Gənclər və İdman Nazirliyi və Azərbaycan Veteranlar Şurası tərəfindən təşkil olunmuş “Böyük Vətən müharibəsində qazanılan qələbədə Azərbaycanın rolu” mövzusunda beynəlxalq konfransda vurğulayıb.
O qeyd edib ki, 2015-ci ildə Böyük Vətən müharibəsində qələbənin 70 illiyi tamam olacaq.
“Bu, insanlıq tarixində ən dəhşətli və dağıdıcı müharibə olub. Böyük qəhrəmanlıq göstərən Sovet xalqının alman faşizmi üzərində qələbəyə böyük töhfə verməsi tarixi faktdır və bunun bənzəri olmayıb. Qələbə SSRİ xalqlarının dostluğu və həmrəyliyi sayəsində qazanılıb”, - deyə D.Rzayev qeyd edib.
O söyləyib ki, qələbənin qazanılmasında Azərbaycan xalqının rolu böyük olub.
“Müharibə illərində Azərbaycanın 3,4 mln. nəfər təşkil edən əhalisinin 30%-i cəbhəyə gedib. 700 minə yaxın azərbaycanlı (onların 10 min nəfəri qadın olub) Böyük Vətən müharibəsi döyüşlərində iştirak edib. Onlardan 300 min nəfərdən çoxu döyüş meydanlarında həlak olub”,- deyə D.Rzayev vurğulayıb.
Onun sözlərinə görə, müharibə illərində Azərbaycan SSRİ-də 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə batalyonu yaradılıb.
“1941-ci ildə Azərbaycanda 186 min 704 könüllü xalq qoşunları dəstələrində birləşib. Müharibənin sonuna qədər 5 milli piyada diviziya fəaliyyət göstərib - 77-ci, 402-ci, 223-cü, 416-cı və 271-ci diviziyalar. 416-cı diviziya Taqanroq, 271-ci diviziya Qarlovka, 77-ci diviziya Simferopol, 223-cü diviziya Belqrad adlandırdı”, - deyə sabiq müdafiə naziri əlavə edib.
O qeyd edib ki, müharibədə iştirakına və göstərdiyi şücaətə görə 176 min azərbaycanlı keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunub, 250 min azərbaycanlı arxa cəbhədə fərqləndiyinə görə mükafatlandırılıb.
“Azərbaycandan 145 nəfər Sovet İttifaqı Qəhrəmanı adını alıb ki, onlardan 42 nəfər milliyyətcə azərbaycanlıdır. 30 müharibə iştirakçısı birinci, ikinci və üçüncü dərəcəli “Şöhrət” ordeninə layiq görülüb”,- deyə D.Rzayev bildirib.
Onun sözlərinə görə, arxa cəbhədə çalışan azərbaycanlıların da ümumi qələbədə payı olub.
“İkinci dünya müharibəsi öncəki müharibələrdən onunla fərqlənirdi ki, bu, motorların, tankların, qırıcı və bombardmançı təyyarələrin müharibəsi idi. Neft olmadan hərbçilər texnikanı hərəkətə gətirə və faşizm üzərində qələbə çala bilməzdilər. Böyük Vətən müharibəsi illərində istifadə olunmuş neftin 75%-ni bizim ölkəmiz təmin edib”,- deyə o bildirib.
Qeyd olunub ki, müharibənin təkcə birinci ili ərzində Azərbaycan cəbhəyə 24 mln. ton neft, sonrakı dörd ildə isə 75 mln. ton neft göndərib ki, bu da qələbənin əldə edilməsi üçün lazım olan yanacağın 80%-ni təşkil edirdi.
“Biz fəxr edirik ki, 9 may bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd edilir”, - deyə Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Vaqif Məmmədov bildirib.
Konfransda, həmçinin gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər ölkələrdən gələn qonaqlar çıxış ediblər.
R. Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət