2014-cü ilin aprel ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri mart ayı ilə müqayisədə dəyişməyib. Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilir.
Aprel ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 0,1%, neft və təbii qaz istehsalı üzrə 0,1%, metal filizlərinin hasilatı üzrə 3% artıb. Daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətlərində 6,3% ucuzlaşma qeydə alınıb.
Apreldə emal sənayesi üzrə istehsalçı qiymətləri 0,4% azalıb.
Bununla yanaşı, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə istehsalçı qiymətləri 3,6%, toxuculuq sənayesi üzrə 3%, metallurgiya sənayesi üzrə 1,6%, qida məhsullarının istehsalı üzrə 1,2%, maşın və avadanlıqların istehsalı üzrə 1,1%, kimya sənayesi üzrə 1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8%, kağız və karton istehsalı üzrə isə 0,7% bahalaşıb.
Aprel ayında ağac emalı və ağacdan məmulatların istehsalı üzrə istehsalçı qiymətləri 5,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 4,1%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 3,8%, tütün məmulatlarının istehsalı üzrə 0,9%, neft məhsullarının istehsalı və mebel istehsalı üzrə 0,8%, tikinti məmulatlarının istehsalı üzrə 0,4%, geyim istehsalı üzrə 0,3%, əczaçılıq məhsullarının istehsalı üzrə 0,2% ucuzlaşma qeydə alınıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət