“Azəryolservis” ASC 2015-ci ilin mart ayının sonuna qədər Bakı Olimpiya stadionuna nəqliyyat vasitələrinin və piyadaların birbaşa təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə yol infrastrukturunun tikintisini başa çatdırmağı planlaşdırır. Bu barədə ASC-nin məlumatında bildirilir.
“Layihədə H.Əliyev və Z.Bünyadov prospektlərinə paralel, uzunluğu 12 km, 6 hərəkət zolaqlı yeni avtomobil yolunun tikintisi nəzərdə tutulur. Tikinti işləri sürətli templərlə həyata keçirilir. Layihəyə uyğun olaraq yeni yolun Ziya Bünyadov prospekti ilə kəsişməsində 2 tunelin tikintisi nəzərdə tutulub”, - deyə məlumatda qeyd edilir.
Uzunluğu 53,5 metr, eni 32,81 metr təşkil edən tunellərdən birinin tikintisi imkan verəcək ki, idmançılar, texniki heyət, qonaqlar və tamaşaçıların yeni tikilən avtomobil yolundan istifadə etməklə Olimpiya stadionu ərazisinə birbaşa təhlükəsiz hərəkəti təmin edilsin və stadion ərazisində tikilən dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılar yaradılsın.
Uzunluğu 57 metr, eni 32,8 metr olan 1-ci tunelin və uzunluğu 206,6 metr, eni 16,15 metr olan 1-ci körpünün, eləcə də uzunluğu 87 metr, eni 16,15 metr və uzunluğu 47 metr, eni 16,15 metr olan 2 və 2a nömrəli körpülərin tikintisi imkan verəcək ki, yeni tikilən yoldan Olimpiya stadionu ərazisinə, eləcə də Hava Limanından və Olimpiya stadionu ərazisindən şəhərin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin yeni tikilən avtomobil yoluna birbaşa çıxışı təmin olunsun.
Bundan başqa, layihə çərçivəsində Koroğlu metro stansiyası ərazisindən, Atletlər və Media kəndlərindən Olimpiya stadionuna piyadaların təhlükəsiz keçidini təmin etmək məqsədi ilə uzunluğu 140,95 metr, eni 30 metr olan 1 ədəd piyada körpüsünün və uzunluğu 94,24 metr, eni isə 30 metr olan 1 ədəd piyadalar üçün tunelin tikintisi işləri də davam etdirilir. Ümumilikdə piyada yollarının uzunluğu körpü və tunel də daxil olmaqla 898,4 metr təşkil edəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət