SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin may ayının sonunda İzmirdə (Türkiyə) “Star Rafineri” neft emalı zavodunun (NEZ) tikintisi layihəsinin maliyyə təminatının bağlanması mərasimini keçirəcək. Bu barədə çərşənbə axşamı jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Biz layihənin maliyyələşdirilməsi ilə bağlı məsələni həll etdik. Mayın sonunda İstanbulda layihənin maliyyə təminatının bağlanması mərasimi keçiriləcək”, - deyə R.Abdullayev bildirib.
Onun sözlərinə görə, Türkiyənin “Garanti Bankasi” “Star Rafineri” NEZ-ə bank xidmətlərinin göstərilməsi üzrə tenderin qalibi olub.
Bununla yanaşı, R.Abdullayev qeyd edib ki, Türkiyə bankı həmin layihənin maliyyələşdirilməsində da iştirak edəcək.
Xəbər verildiyi kimi, SOCAR NEZ-in tikintisi layihəsinin maliyyələşdirilməsi üçün 16 xarici bankdan $3,5 mlrd. cəlb edəcək. Layihənin ümumi dəyəri $5,7 mlrd. təşkil edir. Layihənin maliyyələşdirilməsində 15 ixrac-idxal bankı və Türkiyənin 1 bankı - “Garanti Bankasi” iştirak edəcək. Onlardan, ümumilikdə $3,5 mlrd. cəlb olunacaq. $3 mlrd. 5 ölkənin (İspaniya, İtaliya, Yaponiya, ABŞ və Cənubi Koreya) 15 bankından 18 il müddətinə cəlb edilir. “Garanti Bankasi” 15 il müddətinə $500 mln. ayıracaq.
“Garanti Bankasi” ilə razılaşma çərçivəsində “Star Rafineri” NEZ-in bütün nağd əməliyyatları 15 il ərzində bu bank vasitəsilə həyata keçiriləcək. Aparılan hesablamalara görə, bu dövr ərzində $200 mlrd. həcmində nağd vəsait axını gözlənilir.
“SOCAR Turkey Enerji” 2011-ci il oktyabrın 25-də İzmir şəhərində “STAR” NEZ-in təməlini qoyub. Zavodun tikintisi üzrə baş podratçı “Tecnicas Reunidas SA”, “Saipem SpA”, “GS Engineering & Construction Corp” və “Itochu” şirkətlər alyansıdır. 2013-cü ilin may ayında alyansla EPC müqaviləsi (Engineering, procurement and construction) imzalanıb.
NEZ-in illik gücü 10 mln. ton neft təşkil edəcək. Zavodda “Urals”, “Azəri Light” və “Kərkük” kimi neft markalarının emalı planlaşdırılır.
Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.
“SOCAR Turkey Enerji” şirkəti Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin nəzarət səhm paketinin (51%) sahibidir. Şirkət, həmçinin İzmirdə yeni neft emalı zavodu və konteyner limanının tikintisi ilə məşğuldur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət