Şəmkir şəhərində 700-ə yaxın abonentin mənzilində samart-kart tipli sayğaclar quraşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Şəmkir Qaz İstismar Sahəsində 2 terminal var. Bundan başqa, banklar və rayon mərkəzində mövcud olan iri marketlərdə ödəniş etmək üşün terminallar yerləşdirilib”, – deyə Şəmkir Qaz İstismar Sahəsindən bildirilib.
Məlumata görə, rayon mərkəzində işlər yekunlaşdıqdan sonra yeni sayğaclar kənd və qəsəbələrdə də quraşdırılacaq.
“Bu, həm işlədilən mavi yanacağın dəyərinin vaxtında və tam ödənilməsini təmin edəcək, həm də israfçılığın qarşısını alacaq”, – deyə məlumatda qeyd edilir.
Rayonun qaz təsərrüfatında aparılan yenidənqurma işləri çərçivəsində 20-yə yaxın qaz tənzimləyici şkaf dəyişdirilib, korroziyaya uğrayan və istismar müddətini başa vuran qaz xətləri də yenisi ilə əvəz olunur.
Şəmkirdə 35600 abonent qazdan istifadə edir. Şəhərlə yanaşı, 4 qəsəbə və 41 kənd tam qazlaşdırılıb.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət