“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Astara şəhərində su təchizatı və kanalizasiya sisteminin tikintisi üçün podratçı seçir. Bu barədə ASC-nin elanında qeyd olunur.
Seçim İslam İnkişaf Bankının “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Layihəsinə dəstək” proqramı çərçivəsində həyata keçirilir. Bunlar Daşkəsən, Gədəbəy, Qazax, Samux, Astara və Tərtər rayonlarıdır.
Tender üzrə işlərin həcminə Astara şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi daxildir. Xüsusilə uzunluğu 24,8 km olan magistral su xətti, hər birinin həcmi 5000 m3 olan 2 su anbarı, xlorlama binası, uzunluğu 112,8 km olan su şəbəkəsinin tikintisi, 5119 ədəd
su sayğacının quraşdırılması, uzunluğu 70,5 km olan kanalizasiya şəbəkəsi, 4565 ədəd kanalizasiya quyusu, 2 nasos stansiyası, kanalizasiya kollektoru və digər obyektlərin tikintisi planlaşdırılır.
Podratçı seçimi İİB-nin proseduru əsasında həyata keçiriləcək. Tenderdə iştirak haqqı 400 manat təşkil edir ($500).
Təklif dəyərinin 2%-i həcmində bank təminatı ilə müşayiət olunan tender təklifləri 11 iyul 2014-cü il tarixinə kimi qəbul edilir. Tender proseduru da iyulun 11-də keçiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət