SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin avqust ayında “Günəşli” yatağının dayazsulu hissəsindəki 13 saylı dəniz özülündə yenidənqurma işlərini başa çatdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilir.
“Günəşli” yatağının dayazsulu hissəsində hasilatın artırılması məqsədi ilə yeni platforma və özüllər inşa edilir, mövcud olanlar isə genişləndirilir. İşlərin podratçısı “Neftqaztikinti” Trestidir”, - deyə məlumatda qeyd edilir.
Yatağın ehtiyat imkanlarının daha böyük olduğu nəzərə alınaraq, neft-qaz hasilatını artırmaq məqsədilə 13 saylı özüldə əlavə 4 ədəd neft-kondensat quyusunun qazılması planlaşdırılır. Bu məqsədlə müxtəlif diametrli qoruyucu və istiqamətləndirici borular quraşdırılır.
“13 saylı özüldə yenidənqurma işlərinin cari ilin avqust ayında başa çatdırılacağı gözlənilir”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Trest “Günəşli” yatağında Qazlift Kompressor Stansiyasının tikintisini davam etdirir. Stansiyanın 2014-cü ilin iyul ayında istismara verilməsi planlaşdırılır.
“Günəşli” yatağında quraşdırılması nəzərdə tutulan 7 saylı Dərin Dəniz Özülünün tikinti-quraşdırma işləri də “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir.
Yataq SOCAR-ın neft hasilatının 65%-ə qədərini təmin edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət