Maliyyə Nazirliyi daha 5 sığorta şirkətinə təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib. Bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatında qeyd olunur.
Qanunvericiliyin tələblərinə uyğun olaraq "Standard İnsurance", "AtaSığorta", "AXA MBASK", "Ipək Yolu Sığorta" və "PAŞA Həyat Sığorta" şirkətləri təkrarsığorta fəaliyyətinə lisenziya əldə ediblər.
Beləliklə, təkrarsığorta xidmətləri göstərmək üçün lisenziyaya malik olan sığorta şirkətlərinin sayı 10-a çatıb.
Daha əvvəl "PAŞA Sığorta", "Meqa Sığorta", "AzSığorta", "Xalq Sığorta" və “Azərbaycan Sənaye Sığorta” şirkətləri analoji lisenziya alıb.
Xəbər verildiyi kimi, 2013-cü ilin dekabr ayında “Sığorta fəaliyyəti haqqında” qanuna düzəlişlər təsdiq edilib. Həmin düzəlişlərə əsasən, Azərbaycanda təkrarsığorta fəaliyyətində maraqlı olan sığorta şirkətləri bunun üçün ayrıca lisenziya almalıdır.
1 mart 2014-cü il tarixinə qədər sığorta fəaliyyəti üçün lisenziya sığortaçılara eyni zamanda təkrarsığorta xidmətləri göstərmək imkanı verirdi.
Dövlət Sığorta Nəzarəti Xidmətinin qiymətləndirmələrinə görə, sığorta və təkrarsığorta fəaliyyətlərinin ayrılması zərurəti sığorta bazarının peşəkar iştirakçılarının maliyyə sabitliyinin təmin edilməsinə yönəlib. Bundan başqa, sığorta və təkrarsığorta fəaliyyətində kapitala tələblər fərqlənir.
Hazırda Azərbaycanda 28 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət