Çin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin Şanxayda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bəyan edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Çin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Sintszyan və Tibet kimi mühüm məsələlər barədə sizin qətiyyətli dəstəyinizi təqdir edir və buna görə sizə təşəkkür edirik”, - deyə S.Cinpin bildirib.
O vurğulayıb ki, rəsmi Pekin bundan sonra da Azərbaycan xalqının milli xüsusiyyətlərinə müvafiq inkişaf yolunda seçimini dəstəkləyəcək.
“Biz sizin suverenliyin, müstəqilliyin qorunmasına və iqtisadi inkişafa yönəlmiş səylərinizi dəstəkləyirik. Biz, əvvəllər olduğu kimi yenə azərbaycanlı tərəfdaşlarımızla birlikdə Çinlə Azərbaycan arasında dostluq və əməkdaşlığın davamlı inkişafını stimullaşdırmağa hazırıq”, - deyə o qeyd edib.
Öz növbəsində Azərbaycan prezidenti Bakının Pekin ilə əməkldaşlığa sadiq olduğunu bəyan edib.
“Biz Çin Xalq Respublikası ilə bütün istiqamətlər üzrə əməkdaşlıq siyasətinə sadiqik. Biz bu əməkdaşlığı inkişaf etdirmək, dərinləşdirmək istəyirik və bu istiqamətdə konkret addımlar atmağa hazırıq. Siz beynəlxalq qurumlarda bizim bir-birimizi qarşılıqlı dəstəkləməyimizi qeyd etdiniz. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan ölkənizi Birləşmiş Millətlər Təşkilatında həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”, - deyə İ.Əliyev bildirib.
Görüşdə Azərbaycanla Çin arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Söhbət zamanı beynəlxalq, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət