Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) xüsusilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində Avropa təcrübəsinin öyrənilməsi üzrə yeni layihələrin reallaşdırılmasında iştirak etmək niyyətindədir. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı çərşənbə günü məlumat verib.
Onun sözlərinə görə, QKDK “Qiymətli kağızlar bazarı haqqında” qanun qüvvəyə mindikdən sonra qəbul edilməsi zəruri olan normativ-hüquqi aktların hazırlanması prosesində beynəlxalq təcrübəyə müraciət edə bilər.
“Biz indi Prezident Administrasiyası ilə bu qanun layihəsinə dair intensiv danışıqlar aparırıq”, - deyə R.Aslanlı bildirib.
O, yaxın həftələrdə bu qanunun qəbul olunacağına ümidvar olduğunu deyib.
R.Aslanlı digər ölkələrin tənzimləyici orqanları ilə də əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bir neçə gün əvvəl QKDK Polşa Maliyyə Nəzarəti Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb.
Çərşənbə günü Bakıda “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişafı” Tvinninq layihəsinin tamamlanmasına həsr olunmuş tədbir keçirilib. Layihə Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən reallaşdırılıb. Aİ layihənin maliyyələşdirilməsi üçün 1 milyon avro məbləğində vəsait ayırıb.
Layihə 3 komponentdən ibarət olub. Birinci komponent çərçivəsində qanunvericilik üzrə təhlil və məsləhətləşmələrin aparılması nəzərdə tutulub, bundan sonra Aİ və Azərbaycanın qanunvericilik bazası arasında fərqlər müəyyən ediləcək. İkinci komponent QKDK əməkdaşları üçün müxtəlif tövsiyə və qaydaların hazırlanmasını, seminar və treninqlərin keçirilməsini, üçüncü komponent investorların biliklərinin artırılmasını və idarəetmənin yaxşılaşdırılmasını nəzərdə tutur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət