Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatı Naxçıvan MR-in 90 illiyinə həsr olunmuş “Unipsixoloji forum” və “Gənclərin aktivliyinə dəstək” layihələrinə start verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Layihələrin təqdimat mərasimində qeyd edilib ki, muxtar respublikada gənclərin cəmiyyət həyatında fəal iştirakının təmin edilməsi, onların layiqli vətəndaş və bacarıqlı mütəxəssis kimi yetişdirilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir.
Həmin gün sözügedən layihələr çərçivəsində muxtar respublikanın ali və orta ixtisas məktəblərinin 100-dən çox tələbəsinin iştirakı ilə ilk treninqlər keçirilib.
““Unipsixoloji forum” layihəsi çərçivəsində təlimlər Bakıdan dəvət olunmuş həkim-psixoloqlar tərəfindən aparılır. Layihə tələbə-gənclərin psixoloji sahədə maariflənməsi, tələbələrin karyera seçiminin və hazırlığının düzgün aparılması, cəmiyyətdə özlərinə yer tapmaları məsələsinin və bu prosesdə qarşılaşa biləcəkləri psixoloji problemlərin həlli yollarının öyrədilməsi məqsədi daşıyır. Bu forum tələbələrin sosial aktivliyinin, ünsiyyət qabiliyyətlərinin, komanda işi təcrübələrinin artırılması baxımından əhəmiyyətlidir”, - deyə Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Arzu Abdullayev agentliyin regional bürosuna bildirib. O qeyd edib ki, məşğələlər “Sosial həyatda dövlətçilik psixologiyasının əsasları”, “Milli strategiya – gənc nəslin inkişafında psixoloji sərmayə”, “Gənclər və ictimai həyat davranışlarında motivasiya” mövzularına həsr olunacaq.
“Gənclərin aktivliyinə dəstək” layihəsi çərçivəsində nəzərdə tutulmuş təlimlərin məqsədi isə muxtar respublikada təhsil alan tələbə-gənclərin cəmiyyət üçün yararlı kadr kimi formalaşması istiqamətində şəbəkələşmə və sosial aktivliyinin artırılması, internet resurslarından və sosial şəbəkələrdən düzgün istifadə edilməsidir. Təlimlər “Şəxsiyyətin formalaşmasında sosial şəbəkənin rolu”, “İnsan – özünütəşkil və özünütənzimləmə mexanizmləri” və digər mövzuları əhatə edir”, - deyə A.Abdullayev qeyd edib.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət