Azərbaycan ABŞ-ın Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act, FATCA) üzrə tərəfdaş ölkələri sırasına daxil edilib. Bu barədə Vergilər Nazirliyinin məlumatında qeyd olunur.
Məlumatda bildirilir ki, ABŞ-ın Daxili Gəlirlər İdarəsi (İRS) ilə əməkdaşlıq etməyən maliyyə institutlarını 2014-cü ilin 1 iyul tarixindən başlayaraq ciddi sanksiyalar gözləyir.
Hökumətlərarası saziş layihəsinin mətninin razılaşdırılması məqsədi ilə Azərbaycan Nazirlər Kabinetinin eyni sərəncamı ilə komissiya yaradılıb. Diplomatik kanallar vasitəsilə ABŞ tərəfi ilə aparılmış müzakirələr nəticəsində hökumətlərarası saziş layihəsi üzrə mövcud modellərdən ən üstünü olan 1A Modeli əsasında ümumilikdə razılıq əldə edilərək, 2014-cü il mayın 16-da Azərbaycan FATCA üzrə ABŞ-la tərəfdaşlıq edən ölkələr siyahısına daxil edilib.
Bununla əlaqədar Azərbaycanın maliyyə institutları üçün İRS-in portalında qeydiyyatdan keçməyin son müddəti 2 may tarixindən 31 dekabr 2014-cü il tarixinədək uzadılıb. Bununla yanaşı, 2014-cü il iyulun 1-dən Azərbaycan maliyyə institutlarına qarşı heç bir sanksiya tətbiq edilməyəcək.
Məlumatda qeyd edilir ki, 31 dekabr 2014-cü il tarixinədək Azərbaycan ilə ABŞ arasında müvafiq hökumətlərarası saziş imzalanmalıdır. FATCA ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilib. Bu Akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır. İstənilən dövlətin qanunun tələblərinə əməl etməyən, yəni İRS-lə əməkdaşlıq etməyən maliyyə institutlarına ABŞ-dakı və FATCA-ya əməl etmək öhdəliyini qəbul etmiş digər dövlətlərdəki maliyyə institutlarında olan müxbir hesablar vasitəsilə edilən ödənişlərdən müxbir hesabın yerləşdiyi maliyyə institutu tərəfindən ödəmə mənbəyində 30% vergi tutularaq İRS-ə köçürülməlidir.
2013-cü ilin sonuna FATCA üzrə ikitərəfli hökumətlərarası sazişlərin ümumi sayı 18 təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət