“TuranBank” Qara Dəniz Ticarət və İnkişaf Bankından (QDTİB) $10 mln. məbləğində kredit xətti cəlb edib. Bu barədə bankın məlumatında qeyd olunur.
Mayın 21-də “TuranBank” və QDTİB arasında müvafiq saziş imzalanıb.
Maliyyə vəsaiti QDTİB-ə üzv ölkələrdən mal idxal edən və ya digər ölkələrə mal ixrac edən Azərbaycandakı müştərilərinin idxal-ixrac əməliyyatlarının maliyyələşməsinin genişləndirilməsində “TuranBank”ın dəstəklənməsinə yönəldiləcək.
Beləliklə, “TuranBank”ın QDTİB-dən cəlb etdiyi kredit vəsaitlərinin həcmi $14 mln.-a çatıb.
"Bizim bank “TuranBank”la əməkdaşlığa bir neçə il bundan əvvəl ümumi həcmi $4 mln. olan kredit xətti ilə başlayıb və bu xətt müvəffəqiyyətlə istifadə olunub. Biz ölkənin maliyyə sektorunun inkişafına dəstək olmaq istiqamətində davamlı öhdəliyimizi nümayiş etdirən bu əməkdaşlığı genişləndirməyimizə şadıq", - deyə məlumatda QDTİB-in vitse-prezidenti Mustafa Borana istinadən bildirilir.
“TuranBank”ın İdarə Heyətinin sədri Nazim Sadıqov imzalanan kredit sazişinin xarici ticarət əlaqələrini inkişaf etdirməklə region ölkələri arasında əməkdaşlığın inkişafına təkan verəcəyini bəyan edib.
QDTİB Azərbaycanda ticarətin maliyyələşdirilməsi proqramına 2002-ci ildə start verib və indiyədək bu proqram çərçivəsində yerli 4 tərəfdaş bank vasitəsilə $88 mln.-dan artıq vəsait ayırıb.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Onun səhmdarları 28 hüquqi və fiziki şəxsdir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət