Naxçıvan Muxtar Respublikasında “Naxçıvan - bəşəriyyətin beşiyi” II Beynəlxalq rəsm festivalı təşkil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional brosu məlumat verir.
“Naxçıvan qədim zamanlardan Şərqin mədəni mərkəzlərindən biri kimi şöhrət tapıb”,- deyə Naxçıvan MR mədəniyyət və turizm naziri Sarvan İbrahimov festivalın “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən açılış mərasimində bildirib.
O vurğulayıb ki, tarixi və memarlıq abidələri, ecazkar təbiəti, zəngin təbii sərvətləri ilə şöhrət qazanmış qədim Naxçıvan diyarı hər zaman yaradıcı insanlar, o cümlədən rəssamlar üçün ilham mənbəyi olub. Qeyd edilib ki, məhz Naxçıvanda məşhur fırça ustası Bəhruz Gəngərli tərəfindən Azərbaycan rəssamlığında realizm üslubunun əsası qoyulub. Nazir muxtar respublikada təsviri incəsənətin inkişafına və rəssamlara göstərilən diqqət və qayğı barədə danışıb. O, festivalın keçirilməsini Naxçıvanın mədəni həyatında əlamətdar hadisə adlandırıb.
Açılış mərasimindən sonra muzey kompleksinin geniş meydançasında festivala Türkiyə, İran, Rusiya, İtaliya, Gürcüstan, Qazaxıstan və Azərbaycandan qatılmış 34 rəssam yaradıcılıq işinə başlayıb. Fırça ustaları qədim Naxçıvan torpağı haqqındakı təəssüratlarını rənglərin dili ilə ifadə ediblər.
“Mən Azərbaycanı çox sevirəm. Lakin Naxçıvana ilk dəfə gəlmişəm. Biz muzeylərə getdik, görməli yerlərdə olduq, insanlarla söhbət etdik. Bir söz deyə bilərəm: mən bu qədim diyarın gözəlliyinə heyran olmuşam. Burada hər şey o qədər gözəl və valehedicidir ki, bir rəssam olaraq beynimdə çoxlu mövzu və ideya yaranıb”, - deyə Gürcüstan-Azərbaycan Mədəni Münasibətlər Assosiasiyasının rəhbəri Tamara Lambaradze agentliyin regional bürosunun müxbirinə bildirib. “Ümid edirəm ki, xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edən bu cür yaradıcılıq forumları gələcəkdə də davam etdiriləcək”,- deyə o qeyd edib.
II Beynəlxalq rəsm festivalı iki gün davam edəcək.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət