Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 28 may-12 iyun tarixlərində Cenevrə şəhərində keçiriləcək Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında iştirak edəcək. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir.
S.Müslümovun rəhbərlik etdiyi nümayəndə heyətinə nazirliyin, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri daxildir.
Nazir 4 iyun tarixində sessiyanın plenar iclasında çıxış edəcək.
Bundan başqa, tədbir çərçivəsində S.Müslümovun Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru və digər rəhbər şəxsləri, habelə digər dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri planlaşdırılır.
Sessiyanın gündəliyinə BƏT-in baş direktorunun və İnzibati Şuranın sədrinin məruzələri, həmçinin BƏT-in konvensiya və tövsiyələrin icrası vəziyyəti, İcbari əmək haqqında 1930-cu il Konvensiyasına dəyişikliklərin edilməsi, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, məşğulluğun strateji məqsədləri və digər məsələlər daxildir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət