Azərbaycan Dövlət Rus Dram Teatrı Lermontovun “Maskarad” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı iyunun 22-də Rusiyada keçiriləcək festivalda nümayiş etdirəcək. Bu barədə teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski cümə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında məlumat verib.
“Festival Sergiyev Posadda keçiriləcək, bu, formatında heç bir çərçivənin olmadığı yeni bir festivaldır”, - deyə A.Şarovski bildirib.
Rejissorun sözlərinə görə, M.F.Axundovun “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” adlı əsəri əsasında hazırlanmış tamaşa xaricdə böyük uğur qazanıb. O, “Maskarad”ın da layiqincə qarşılanacağına ümid etdiyini söyləyib.
Paytaxta qastrola gələn aktyorlar tərəfindən ustad dərslərinin təşkili imkanlarına dair sualı cavablandıran rejissor qeyd edib ki, onun rəhbərlik etdiyi teatrda aktyorları hazırlamaq üçün hər bir imkan və potensial mövcuddur.
XVII əsr ispan dramaturqu Pedro Kalderon de la Barkın əsəri əsasında rejissor Anna Potapovanın quruluş verdiyi “Məhəbbətlə zarafat etmirlər” adlı tamaşanın bu yaxınlarda baş tutmuş premyerası ilə bağlı sualı cavabında A.Şarovski tamaşaya çox gözəl quruluş verildiyini və premyeranın uğurla keçdiyini bildirib.
“Yaxşı quruluş verilmişdi, fikrimcə, aktyorlar da yüksək səviyyəli oyun nümayiş etdirdilər”,- deyə o əlavə edib.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət