Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) pambıq qəbulu, emalı və satışı ilə məşğul olan “İmişli Pambıq” ASC-nin səhmlərinin 30,03%-ni investisiya müsabiqəsinə çıxarıb. Bu barədə komitənin elanında bildirilir.
258,685 min ədəd səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanmış investisiya proqramına pambıq emalının təkmilləşdirilməsi və satışının genişləndirilməsi, mövcud qurğu və tikililərin təmiri və yenilənməsi, müəssisədə investisiyaların həcminə dair təkliflər daxil edilməlidir.
Müsabiqə qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 142 min manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaiti 60 gün ərzində dövlət büdcəsinə, bəyan edilmiş sərmayənin həcminin 5%-ni isə ASC-nin hesabına köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2014-cü il iyulun 1-nə qədər qəbul ediləcək, iyulun 3-də isə qiymətləndiriləcək.
“İmişli Pambıq” ASC İmişli şəhərində yerləşir. Müəssisə 1982-ci ildə istismara verilib, 4 işçisi var.
2014-cü il aprelin 1-nə müəssisənin nizamnamə kapitalı 1 mln. 722,994 min manat təşkil edib və bir qiymətli kağızın nominal dəyəri 2 manata bərabər olan 861,497 min ədəd səhmə bölünüb.
2014-cü il aprelin 1-nə müəssisənin öhdəlikləri 1 mln. 270,817 min manata bərabərdir, debitor borcu yoxdur.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət