Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının Azərbaycan Elmi İrsinin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Zemfira Hacıyevanın “AMEA prezidentləri. Şanlı yolun mərhələləri” adlı kitabı çapdan çıxıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan, rus və ingilis dillərində nəşr edilmiş kitabda 1945-ci ildən bu günədək AMEA-nın prezidenti olmuş 9 akademik - Mir Əsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Musa Əliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev, Eldar Salayev, Fəraməz Maqsudov, Mahmud Kərimov haqqında yığcam, ensiklopedik materiallar öz əksini tapıb.
Kitabda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasından keçən 70 ildə bu görkəmli şəxsiyyətlər öz fəaliyyətləri ilə Azərbaycan elminə dünya şöhrəti qazandırmış, xalqın maraqlarına xidmət etmiş, elmi-innovasiya potensialının gələcək inkişafına, yeni texnologiyaların tətbiqinə, respublikamızın iqtisadi modernləşməsinin müəyyənləşməsinə öz töhfələrini veriblər.
Kitabın baş elmi məsləhətçisi AMEA prezidenti, akademik Akif Əlizadədir.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət