Udmurtiya Azərbaycana avtomobil istehsalı, aviakosmik sənaye, informasiya-kommunikasiya texnologiyaları, müasir tikinti materiallarının istehsalı sahəsində müştərək müəssisələr yaratmağı təklif edir. Bu barədə Udmurtiya Respublikasının İxraca Dəstək Mərkəzinin rəhbəri Valeriya Antonenko çərşənbə günü Bakıda Azərbaycan-Rusiya biznes forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan Udmurtiyanın 10 əsas ticarət tərəfdaşından biridir.
V.Antonenko Azərbaycan şirkətlərini yeni istehsal sahələri yaratmağa və Udmurtiyanın meşə sənayesi kompleksinin inkişafı sahəsində məhsul çeşidini genişləndirməyə, aqrar sənaye kompleksinin müxtəlif sahələrini inkişaf etdirməyə dəvət edib.
Onun sözlərinə görə, Udmurtiya Azərbaycana silah, o cümlədən idman və ov silahları tədarük edə, bu sahədə özünün yeni işləmələrini təklif edə bilər.
Udmurtiya, həmçinin Azərbaycana pilotsuz təyyarələr də tədarük etməyə hazırdır.
Biznes forumda Rusiya Federasiyasının Kaluqa vilayətindən olan iş adamları da iştirak ediblər.
Kaluqa vilayətinin Kiçik və orta biznesin ixracyönümlü subyektlərinə dəstək üzrə koordinasiya mərkəzinin rəhbəri Valentina Maltsevanın sözlərinə görə, azərbaycanlı sahibkarlar vilayətin ərazisində (Lyudinovo) xüsusi iqtisadi zonada yaradılmış güzəştli şərtlərdən faydalana bilərlər.
Forumda qida sənayesi, energetika və tikinti sahələrini təmsil edən 70-dən çox Azərbaycan və Rusiya iş adamı iştirak edib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət