BP və SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Abşeron arxipelaqının dayazsulu hissəsində neft axtarışları həyata keçirəcək. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə cümə axşamı “Caspian Oil&Gas” konfransında çıxış edərkən məlumat verib.
“BP şirkəti Xəzərin dayazsulu hissəsində neft axtarışları üçün 4 il ərzində bizdən icazə istəyib. Nəhayət, bu il BP ilə müvafiq müqavilə imzalanıb”, - deyə X.Yusifzadə vurğulayıb.
O qeyd edib ki, şirkət tezliklə tədqiqat işlərinə başlayacaq.
X.Yusifzadə jurnalistlərə bildirib ki, bu saziş “BP-Azerbaijan” şirkəti tərəfindən Abşeron arxipelaqının dayaz hissəsində geoloji kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutur. “Bir zamanlar bu ərazilərdə iş aparmaq bizə çətin idi. Lakin bu gün müasir texnika və texnologiya mövcuddur və biz istəyirik ki, “BP-Azerbaijan” “Neft Daşları” yatağı yaxınlığında, dayazsulu hissədə tədqiqatlar aparsın”, - deyə o əlavə edib.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın neft hasilatının 65%-ə qədərini təmin edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət