Azərbaycanlı alimlər Böyük Britaniyada təlim kursu keçiblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
AMEA Botanika İnstitutunun Ali bitkilərin sistematikası şöbəsinin doktorantı Aidə Dadaşova və Elmi informasiya və innovasiya şöbəsinin mütəxəssisi Məlahət Hüseynova Kyu Kral Botanika Bağında (Böyük Britaniya) təşkil olunmuş təlim kursu keçiblər.
Qlobal Bitki Təşəbbüsü (Global Plants İnitiative-GPİ) əməkdaşlığı çərçivəsində keçirilən kurs Qlobal Bitki Təşəbbüsü üzrə layihənin koordinatoru Conatan Krigerin rəhbərliyi ilə aparılıb.
Məqsəd AMEA Botanika İnstitutunun Herbari fondunda saxlanılan qiymətli nümunələrin rəqəmsallaşdırılması, herbari məlumatlarının hazırlanması və məlumat bazasına daxil edilməsi sahəsində İngiltərənin təcrübəsilə yaxından tanış olmaq və HerbScan, fotokamera və digər müasir avadanlıqlardan istifadə metodları və məlumat bazasının düzgün tərtib edilməsi üzrə biliklərin əldə edilməsi idi. Bu Qlobal Bitki Təşəbbüsü üzrə nəzərdə tutulan işlərin tələb edilən standartlar üzrə həyata keçirilməsinə imkan yaradacaq.
Kursu müvəffəqiyyətlə bitirən M.Hüseynova və A.Dadaşova beynəlxalq sertifikata layiq görülüblər.
Qeyd edək ki, AMEA Botanika İnstitutu və Endryu V. Mellon Fondu (ABŞ) arasında əməkdaşlıq haqqında imzalanmış razılaşmaya əsasən institut cari ildən GPİ-ə qoşulub və bu istiqamətdə aparılan işlərin ilkin mərhələsi artıq icra olunub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət