Qəbələ meşə mühafizəsi və bərpası müəssisəsinin əməkdaşları meşə yanğınlarının olmaması üçün qabaqlayıcı tədbirlər həyata keçirirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Yay mövsümündə Qəbələ rayonunun yerləşdiyi şimal-qərb bölgəsinə gələn turistlərin ən çox istirahət etdiyi məkanlardan biri də meşələrdir. Bəzi hallarda turistlər adıçəkilən yerlərdə istirahət edərkən ocaq qalayır ki, bu da yanğın təhlükəsi yaradır.
Profilaktik tədbirlər zamanı Qəbələ meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən bütün meşə gözətçilərinə turistlərin, eləcə də əkin sahələri meşələrə yaxın olan fermerlərin yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi istiqamətində iş aparmaq tapşırılır.
Maarifləndirici söhbətlərdə meşələrdə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən halların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, yanğınsöndürmə texnikasına və vasitələrinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsi, meşə sahəsində keçidlərin, yolların, su mənbələrinin vəziyyətinə nəzarət edilməsi və s. prioritet məsələ kimi diqqət mərkəzində saxlanılıb.
İ.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət