Belarus Azərbaycanın turizmin inkişafı sahəsində təcrübəsinə maraq göstərir. Bu barədə Belarus prezidentinin bədən tərbiyəsi, idman və turizmin inkişafı üzrə köməkçisi Maksim Rıjenkov Bakıda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla görüşdə bəyan edib.
Nazirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, N.Səmədov qonağı salamlayaraq qeyd edib ki, iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlıq qurulub.
Həmsöhbətlər mövcud əlaqələri müzakirə ediblər və ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Tərəflər turizmin inkişafı istiqamətində təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulayıblar.
M.Rıjenkov Belarusda turizmin idman sahəsi ilə sıx bağlı olduğunu deyib və Azərbaycanın turizmin inkişafı sahəsində təcrübəsinin Belarus tərəfindən öyrənilməsinə maraq olduğunu vurğulayıb.
Tərəflər, həmçinin Azərbaycan ilə Belarus arasında turizm sahəsində əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə ümid etdiklərini söyləyiblər.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Bank Respublika”dan SƏPSƏRİN kredit şərtləri!
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət