Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İraqda baş verən hadisələrlə bağlı dünya ictimaiyyətinə müraciət edib.
“İraq torpağında cərəyan edən dəhşətli cinayətlər, insan qətlləri bizi hədsiz narahat edir. İraqda baş verənlər olduqca təhlükəli təzahürdür. Hesab edirik ki, bu, nəinki müsəlmanlara, habelə bütün bəşəriyyətə qarşı yönəlmiş təxribatdır, belə ki, İslam bir günahsız insanın öldürülməsini bütün bəşərə qarşı cinayət kimi dəyərləndirir. Burada məqsəd bəşər ailəsində çaxnaşma və nifaq salmaq, insanlar arasında qarşıdurma yaratmaq, dözümsüzlük meyllərini alovlandırmaqdır”, - deyə QMİ-nin müraciətində bildirilir.
İdarə dünya birliyini Yaxın Şərqdə baş verən hadisələrə biganə qalmamağa çağırır.
“İslam dünyasının ayrılmaz hissəsi olaraq, biz, Qafqaz, Azərbaycan müsəlmanları da dinimizdə müqəddəslik kəsb edən məkanlara qarşı hörmətsiz, aqressiv münasibəti hiddətlə qarşılayır, bütün beynəlxalq ictimaiyyəti dünyamızın salamatlığı, sabitliyinin qorunub saxlanılması, məzhəblər, dinlərarası qarşıdurmanın önlənməsi naminə Yaxın Şərqdə baş verən faciələrə biganə qalmamağa çağırırıq”, - deyə müraciətdə qeyd olunur.
Ramazan ayının başlaması ilə əlaqədar QMİ müsəlman dünyasının gərgin nöqtələrində – İraq, Suriya, Əfqanıstan, Fələstin və s. ölkələrdə sülh və əmniyyətin bərqərar olmasını vacib sayır. QMİ döyüşlərin dərhal dayandırılmasına, terror hadisələrinə son qoyulmasına, bu torpaqlarda böyük tarixi və dini önəm kəsb edən abidə və ziyarətgahların məhvinin durdurulmasına çağırır.
İdarə belə halların dünyanın digər nöqtələrində bir daha təkrarlanmaması üçün bütün tədbirlərin görülməsini zəruri hesab edir.
“Qafqaz Müsəlmanları İdarəsi bölgənin milyonlarla insanının iradəsini ifadə edərək, dünya ictimaiyyətinə müraciət edir, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların heç bir dövlətdə bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, bu vəziyyətin yaranmasına görə məsuliyyət daşıyanların cidd-cəhdlə müəyyən olunaraq beynəlxalq məhkəmələrdə mühakimə edilmələrini təmin etməyə çağırır”, - deyə məlumatda bildirilir.
QMİ-də əmindirlər ki, “təhlükə ənənəvi dinlərdən, onların təlqin etdiyi müqəddəs dəyərlərdən deyil, din adından sui istifadə edənlər, dini ehkamları təhrif edənlərdən qaynaqlanır”.
“Yalnız xalqların qətiyyətli iradəsi qarşısında belə ünsürlər öz mənfur niyyətlərinə çata bilməzlər. Dinlər, məzhəblərarası tolerantlığın hökm sürmədiyi cəmiyyətdə əmin-amanlıq ola bilməz, əmin-amanlıq olmayan yerdə isə tərəqqi, inkişaf mümkün deyil. Odur ki, biz müsəlman qardaş və bacılarımıza üzümüzü tutaraq, onları belə təxribatlara uymamağa, əməllərində müqəddəs dinimizin təlqin etdiyi yüksək mənəvi dəyərlərə sadiqlik nümayiş etdirməyə çağırırıq. Baş verənlər o qüvvələrin əməlidir ki, müsəlman dünyasının parçalanmasını, xaosun davam etməsini, məzhəblər arasında qarşıdurmanın qızışdırılmasını, son nəticədə İslamın gözdən salınmasını istəyir”, - deyə müraciətdə vurğulanır.
“Məzhəbindən asılı olmayaraq, hər bir sağlam düşüncəli müsəlman gözəl anlayır ki, bu növ təxribatlar bütövlükdə İslam və onun müqəddəs dəyərlərinə qarşı yönəlib və onu törədənlər müsəlman ola bilməz. İslam adından, “Allahu-Əkbər” sədaları altında gerçəkləşdirilən qardaş qırğınının İslama heç bir aidiyyatı yoxdur”, - deyə sənəddə bildirilir.
QMİ dünya müsəlmanlarını diqqətli olmağa, ayıq-sayıqlıq nümayiş etdirməyə, İslam düşmənlərinin dəyirmanına su tökməməyə, “birliyimizi hər vəchlə bütün kənar təsirlərdən qorumağa” çağırır.
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət