Ukraynada yaşayan azərbaycanlı alim, Azərbaycan diasporunun fəal üzvlərindən biri Arif Quliyev Ukrayna Elmlər Akademiyasının xüsusi diplomu ilə təltif edilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru A.Quliyev elm, təhsil və mədəniyyət sahəsində Ukrayna-Azərbaycan münasibətlərinə verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.
1998-ci ildən Ukraynada yaşayan A.Quliyev monoqrafiya və dərsliklərin, xarici siyasət, dövlət idarəçiliyi, Azərbaycan və Ukraynanın beynəlxalq və ictimai münasibətləri məsələlərinə dair yüzdən çox elmi və elmi-populyar yazının müəllifidir.
O, Ukraynanın əməkdar maarif işçisi, Ukrayna Milli Jurnalistlər İttifaqının, Beynəlxalq Jurnalistlər Federasiyasının, Ukrayna Hüquqşünaslar Assosiasiyasının üzvü, habelə “Dostluq körpüləri: Ukrayna-Azərbaycan” beynəlxalq layihəsinin laureatıdır. Tanınmış alim məhsuldar ictimai fəaliyyətlə də məşğuldur, “Xalq Demokratiyası İnstitutu”nun İdarə Heyətinin rəhbəri, “Ukrayna Azərbaycanlılarının Elmi Şurası” və “Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurası” ictimai təşkilatlarının həmtəsisçisidir.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət