“Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 1 mlrd. 770 mln. 950 min 768,02 manat səviyyəsində müəyyən edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabineti səhmlərinin 100%-i dövlətə məxsus olan ”Bakı Metropoliteni” QSC-nin nizamnaməsini təsdiq edib. Bununla yanaşı, QSC-nin nizamnamə kapitalı nominal dəyəri 14,14 manat olan 125 mln. 244,043 səhmə bölünüb.
Müəssisə hüquqi statusa, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara, qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq hüququna malikdir.
QSC, həmçinin hüquqi statusa malik olan törəmə müəssisələri, nümayəndəlikləri və filialları, digər törəmə strukturları yarada və ya ləğv edə bilər.
QSC-nin əsas məqsədi Bakı metropoliteninin inkişaf etdirilməsi, sərnişinlərin metro nəqliyyatında daşınmasının keyfiyyətinin yüksəldilməsi, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisi və metropolitenin maddi-texniki bazasının gücləndirilməsindən ibarətdir.
Nizamnaməyə əsasən, QSC-nin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən formalaşır.
Bundan başqa, QSC mühasibat və statistik uçotu Azərbaycan qanunvericiliyinə, maliyyə hesabatını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun aparmalıdır.
QSC-nin İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır və Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir. İdarə Heyətinin tərkibi 5 nəfərdən - sədr və 4 sədr müavinindən ibarətdir. Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.
Nazirlər Kabineti "Bakı Metropoliteni" QSC-nin strukturunu da təsdiq edib. Bura Cəmiyyətin aparatı və 11 törəmə müəssisə (1 saylı Tunel Tikinti İdarəsi, 2 saylı Tunel Tikinti İdarəsi, 3 saylı Tunel Tikinti İdarəsi, Xüsusi Tamamlama İşlər İdarəsi, Xüsusi Hidrotexniki İşlər İdarəsi, Dəmir Beton Konstruksiyalar Zavodu, Mexanikləşdirmə İdarəsi, Avtonəqliyyat Müəssisəsi, “Bakımetrolayihə” İnstitutu və s.) daxildir.
Bundan başqa, hüquqi şəxs statusuna malik olmayan 11 təşkilat QSC-nin tabeliyindədir: Hərəkət Xidməti, Yol Xidməti, Tunel Qurğuları Xidməti, Elektrik Təchizatı Xidməti, İşarəvermə və Rabitə Xidməti, Elektromexanika Xidməti, Əsaslı Təmir Xidməti, Depolar üzrə iş Departamenti, Birləşmiş emalatxanalar, Avtomotonəqliyyat Xidməti, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Sağlamlıq Mərkəzi.
Xəbər verildiyi kimi, prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” QSC yaradılıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət