2014-cü ilin I yarısında Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə 14 mln. 543,14 min ton Azərbaycan nefti nəql edilib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 4,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“2014-cü ilin iyun ayında BTC boru kəməri ilə 2 mln. 343,834 min ton, ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) cari ilin iyul ayının 1-nə qədər isə 249 mln. 684,733 min ton neft nəql olunub”, - deyə SOCAR-dan məlumat verilib.
Bundan başqa, 2014-cü ilin iyun ayında BTC neft kəməri ilə 301,587 min ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
Ötən ay Ceyhan neft terminalından 2 mln. 579,385 min ton Azərbaycan nefti nəql olunub. Yanvar-iyun aylarında terminaldan 14 mln. 282,527 min ton neft nəql edilib (2013-cü ilin birinci yarısı ilə müqayisədə azalma 4,8% - İF-Az). Ümumilikdə BTC-nin istismara verildiyi vaxtdan 247 mln. 426,441 min ton Azərbaycan nefti yola salınıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30.1%); SOCAR (25.00%); “Chevron” (8.90%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5.00%); “Itochu” (3.40%); “ConocoPhillips” (2.50%); INPEX (2.50%); “Total” (5.00%) və “ONGC” (2.36%) şirkətləridir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət