Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Bakının Müşfiqabad qəsəbəsindəki məscidlərdən birində vəhabilər və şiələr arasında baş vermiş insidenti araşdırmağa başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DQİDK-dan məlumat verilib.
İyulun 4-də Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən Müşfiqabad qəsəbəsində verilən iftar mərasimindən sonra vəhabi və şiə təriqətindən olan qruplar arasında qarşıdurma olub. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, iftardan sonra bir qrup vəhabi şiə təriqətindən olan dindarlara hücum edib və nəticədə kütləvi dava baş verib.
Şahidlərin sözlərinə görə, davanın təşəbbüskarları olan vəhabilər əvvəl şiələri kafir adlandırıblar, sonra onları qəsəbə məscidindən uzaqlaşdıraraq küçədə daşlamağa başlayıblar.
Baş verən hadisə ilə əlaqədar DQİDK Müşfiqabad məscidini nəzarət altına alıb və insidenti araşdırmağa başlayıb.
“Araşdırmalar başa çatdıqdan sonra bu istiqamətdə müvafiq tədbirlər görüləcək. Dini duruma mənfi təsir edə biləcək istənilən bütün addımların qarşısı qəti şəkildə alınacaq”, - deyə komitədən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
F.İsazadə
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət