Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində korrupsiya faktları ilə bağlı cinayət işi materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin müvafiq fakültələrinə qanunsuz köçürülmə, ali təhsil haqqında diplomların verilməsində həmin universitetin vəzifəli şəxsləri tərəfindən törədilmiş korrupsiya faktlarının araşdırılması üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaq zamanı Mahmud Əfəndiyevin Azərbaycan Beynəlxalq Universitetinin neft-qaz yataqlarının istismarı və işlənməsi fakültəsinin dekanı vəzifəsində işləyərkən universitetin rektoru Elşad Abdullayev və qeyriləri ilə qabaqcadan əlbir olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul olmayan ayrı-ayrı şəxslərin Mahaçqala şəhərində yerləşən ali təhsil müəssisələrinə tələbə kimi qəbul olunmaları və təhsil almaları barədə bilə-bilə yalan məlumatlar daxil etməklə rəsmi sənədlər tərtib edib Təhsil Nazirliyinin razılığı olmadan II kursdan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmələri üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 40 min 500 manat məbləğində külli miqdarda rüşvət almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Elşad Abdullayev və qeyriləri barədə cinayət işi ayrıca icraata ayrılıb.
R.Babayev
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət