“Azərkosmos” ASC hüquqi məsləhətlərin verilməsi üçün şirkət seçimi üzrə tender elan edir. Bu barədə ASC-nin elanında bildirilır.
Hüquqi məsləhətçi “Azerispace-2” ikinci telekommunikasiya peykinin orbital mövqeyinin birgə istifadəsi, peykin layihələndirilməsi, peykin orbitdə istismarı mərhələsində texniki və digər əməkdaşlıq növlərinə dair müqavilələrin, eləcə də peyk həcminin kommersiyalaşdırılmasının tənzimlənməsi üzrə müqavilələrin formalaşdırılması üçün cəlb edilir.
Xidmətlərin göstərilmə müddəti 2014-cü ilin sonuna qədərdir.
Tenderdə iştirak haqqı $500 təşkil edir.
Tenderdə iştirak etmək istəyən şirkətlər 2014-cü il avqustun 28-nə qədər təkliflərini təklifin dəyərinin 1%-i məbləğində bank zəmanəti ilə birlikdə təqdim etməlidirlər. Tender proseduru avqustun 29-da baş tutacaq.
Xəbər verildiyi kimi, “Azerispace-2” telekommunikasiya peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılıb.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
“Azərkosmos” ASC “Azerspace-1” peykinin istismarından $420 mln. məbləğində xalis mənfəət əldə etməyi planlaşdırır.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət