Azərbaycan hökuməti hazırda beynəlxalq maliyyə institutlarının vəsaitləri hesabına ümumi dəyəri $7,2 mlrd. olan layihələr həyata keçirir. Bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məlumat verib.
“Azərbaycan hökuməti beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlıq edir. Hazırda beynəlxalq maliyyə institutları ilə ümumi dəyəri $7,2 mlrd. olan 14 layihə həyata keçirilir”, - deyə Ş.Mustafayev çərşənbə günü rəsmi “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib.
Nazir qeyd edib ki, beynəlxalq maliyyə institutlarının kredit vəsaitləri hesabına nəqliyyat, su təchizatı və kanalizasiya, energetika, kənd təsərrüfatı, ekologiya, maliyyə və s. sektorlarda layihələr həyata keçirilir.
Onun sözlərinə görə, cari kredit portfelində Dünya Bankının xətti ilə cəlb edilmiş kreditlərin xüsusi çəkisi 35%, Asiya İnkişaf Bankından cəlb edilmiş kreditlər 16%, Avropa Yenidənqurma və İnkişaf Bankından cəlb edilmiş kreditlər 10%, İslam İnkişaf Bankından cəlb edilmiş kreditlər 6% təşkil edir. Qalan kreditlər digər beynəlxalq maliyyə institutlarının payına düşür.
Nazir, həmçinin vurğulayıb ki, Azərbaycan beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır. 2013-cü ildə ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankına üzvolma proseduru başa çatıb, Avropa İnvestisiya Bankı ilə çərçivə sazişi imzalanıb.
Ş.Mustafayev əlavə edib ki, Azərbaycan beynəlxalq donor təşkilatları ilə də fəal şəkildə birgə layihələr həyata keçirir. Hazırda 20 beynəlxalq donor təşkilatı ilə ümumi dəyəri $200 mln. olan 70 layihə icra olunur.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət