Azərbaycanda könüllü tibbi sığorta növü ilə məşğul olan sığorta şirkətlərinin əksəriyyəti üçün bu növ üzrə zərərlilik 100%-i ötür. Bu barədə çərşənbə günü jurnalistlərə şirkətin İdarə Heyətinin sədr müavini Əli Bayramov məlumat verib.
“Şirkətimizdə zərərliliyin səviyyəsi 75-78% təşkil edir, bu isə dünya üzrə orta göstəricidən 95% aşağıdır”, - deyə A.Bayramov bildirib.
Onun sözlərinə görə, sığorta şirkətləri könüllü tibbi sığorta üzrə zərərliliyin səviyyəsini azaltmaq üçün anderraytinq və aktuar işini inkişaf etdirməlidirlər.
O qeyd edib ki, 2014-cü ilin yanvar-iyun aylarında sığortaçıların könüllü tibbi sığorta üzrə sığorta haqları yığımı 42,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,4% çoxdur. Ödənişlər isə 23 mln. manat (artım 5%) təşkil edib.
“Tibbi sığorta üzrə ödənişlərin artımı tibbi inflyasiya ilə əlaqədardır. Tibb müəssisələri ən müasir avadanlıqdan istifadə edirlər, yeni müalicə üsulları tətbiq edirlər, bu isə nəticədə tibb xidmətlərinin bahalaşmasına səbəb olur”, - deyə Ə.Bayramov vurğulayıb.
“A-Qroup” ASC sığorta bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət topladığı sığorta haqları və ödənişlərin həcminə görə ölkənin 15 aparıcı sığorta şirkətinin siyahısına daxildir və könüllü sığortanın 14 növü üzrə xidmət göstərir. Şirkətin sığorta haqları portfelində 80% könüllü tibbi sığortanın payına düşür.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət