"Titan Grup" Sənaye Şirkətlər Birliyi 2014-cü ildə qida sənayesi avadanlıqları istehsalı üzrə yeni zavod istifadəyə verəcək. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir.
Binə qəsəbəsində fəaliyyət göastərəcək zavoda investisiyalar 20 mln. manat dəyərində qiymətləndirilir.
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) zavodun tikintisinə 10 mln. manat məbləğində güzəştli kredit ayırıb.
Məlumatda qeyd olunur ki, artıq zavodda tikinti-quraşdırma işləri başa çatdırılıb.
Layihəyə əsasən, zavod istixana konstruksiyaları və qida sənayesi avadanlıqları istehsalı bölmələrindən ibarət olacaq. Zavodda İtaliya istehsalı olan ən müasir avadanlıqlar quraşdırılacaq.
"Titan Grup" Sənaye Şirkətlər Birliyi 1990-cı ildən ticarət və sənaye soyuducu avadanlıqlarının istehsalçısı kimi fəaliyyətə başlayıb. 1996-cı ildən "Titan Grup" Sənaye Şirkətlər Birliyi restoran və ictimai-iaşə müəssisələri üçün mətbəx avadanlığı, sənaye tipli isidici və soyuducu avadanlıqların, 2000-ci ildən isə iri həcmli soyuducu və dondurucu kameraların layihələndirilməsi, istehsalı və bütün mühəndis hesablamalalarını həyata keçirir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 46 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət