Azərbaycan Dövlət Neft Fondu (ARDNF) fondun inzibati binasının sığortalanması üçün sığorta şirkətinin seçimi üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Tender elanına əsasən, sığortaçının vəzifələrinə aşağıdakılar daxil olacaq: Bakıda fondun yeni (22 mərtəbəli) inzibati binasının sığortası, daşınan əmlakın sığortası, daşınmaz əmlakın istismarının icbari sığortası.
Tenderdə iştirakda maraqlı olan sığorta şirkətləri 2014-cü il sentyabrın 1-dək təklif dəyərinin 1%-i həcmində bank zəmanəti ilə müşayiət olunan təkliflərini tender komissiyasına təqdim etməlidirlər.
Tender proseduru 2014-cü il sentyabrın 2-də keçiriləcək.
ARDNF 29 dekabr 1999-cu ildə Azərbaycan prezidentinin fərmanına əsasən yaradılıb və dövlət başçısına tane olan büdcədənkənar dövlət institutudur. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. daxil olan gəlirlər toplanır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət