Azərbaycanın sığorta bazarı ildə 2 mlrd. manat səviyyəsində sığorta haqqı yığımı üçün potensiala malikdir. “PAŞA Həyat Sığorta” ASC-nin strateji inkişaf üzrə direktoru İsrail Qarayev belə hesab edir.
“2013-cü ilin yekunları üzrə sığorta haqlarının xüsusi çəkisi ÜDM-in 0,7%-ni təşkil edib, bu isə kifayət qədər aşağı göstəricidir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu göstərici 6-7%-ə, Şərqi Avropanın inkişaf etməkdə olan ölkələrində 3-4%-ə bərabərdir”, - deyə İ.Qarayev cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, proqnozlara əsasən, 2020-ci ildə Azərbaycanın sığorta bazarında sığorta haqlarının həcmi 1 mlrd. manata və ya ÜDM-in 1%-nə çata bilər.
“Toplanan sığorta haqlarının təxminən 50%-i həyat sığortasının payına düşə bilər. 2014-cü ilin yekunlarına əsasən, sığortaçıların həyat sığortası üzrə yığımları 100 mln. manat təşkil edə və beləliklə, 2020-ci ilədək 500 mln. manata çata bilər”, - deyə o qeyd edib.
İ.Qarayev əlavə edib ki, Azərbaycanda əhalinin sayı 9,5 mln. nəfər təşkil edir. “Bizim qiymətləndirmələrimizə görə, Azərbaycanın sığorta bazarı ildə 2 mlrd. manat səviyyəsində sığorta haqqı yığımı üçün potensiala malikdir. Əgər adambaşına ildə orta hesabla həyat sığortası üzrə 100 manat səviyyəsində sığorta haqqı düşəcəksə, o zaman sığortaçıların təkcə həyat sığortası üzrə ümumi sığorta haqları 1 mlrd. manata yaxın təşkil edə bilər”, - deyə o vurğulayıb.
Ekspert vurğulayıb ki, 2014-cü ilin birinci yarısının yekunları üzrə sığortaçıların ümumi sığorta haqları 212 mln. manata yaxın təşkil edib. “Bununla yanaşı, 56 mln. manat həyat sığortası üzrə toplanıb. Ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə sığorta haqları 53% artıb”, - deyə İ.Qarayev əlavə edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət