SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodu yaxın vaxtlarda yeni soyutma sisteminin tikintisinə başlamağı planlaşdırır. Bu barədə şirkətin saytında məlumat verilir.
“Abşeron yarımadasının, o cümlədən Bakı şəhərinin iqlim şəraiti ilə əlaqədar Heydər Əliyev adına Bakı neft emalı zavodunda texnoloji qurğuların mövcud soyutma sisteminin ilin isti aylarında tələbata tam cavab verə bilməməsi nəzərə alınaraq, ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında müəssisənin ərazisində yeni susoyutma qurğusunun tikintisi nəzərdə tutulub”, - deyə məlumatda qeyd edilir.
Bu məqsədlə Fransanın böyük təcrübəyə malik “Hamon Thermal Europe” firmasının müasir tələblərə cavab verən qurğusu seçilib.
Qurğunun məhsuldarlığı saatda 7000 kubmetr təşkil edir. Qurğu eyni zamanda, zavodda həyata keçirilməsi planlaşdırılan 21 nömrəli ED-AVQ-6 qurğusunun 7,5 milyon ton/il, 55 nömrəli katalitik krekinq qurğusunun 3 milyon ton/il məhsuldarlığa rekonstruksiyası və tikiləcək yeni qurğular nəzərə alınaraq layihələndirilib.
“Yeni qurğu qapalı sistemdir. Onun istismara verilməsi ekoloji vəziyyəti yaxşılaşdıracaq”, - deyə məlumatda bildirilir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət