Bu gün Bakıda “Gənc Sahibkarlar Klubu” İctimai Birliyinin təşkil etdiyi “Gənclərin işsizlik problemi” adlı beynəlxalq təlimə yekun vurulub. İyulun 15-dən 23-dək keçirilmiş təlim kursu Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” (Youth in Action) proqramının maliyyə dəstəyi ilə keçirilib.
Böyük Britaniya, İtaliya, Polşa, Litva, Moldova, Ukrayna, Gürcüstan və Azərbaycandan olan 24 gəncin qatıldığı kurslar Azərbaycan və Böyük Britaniyadan olan təlimçilər tərəfindən aparılıb.
“Gənc Sahibkarlar Klubu” İB-dən verilən məlumata görə layihənin keçirilməsində əsas məqsəd Avropanın müxtəlif ölkələrindən olan gənclərin və gənc ailələrin işsizlıyə qarşı mübarizədə fəallığını artırmaq və onların cəmiyyətə sosial inteqrasiyasını təmin etməkdən ibarət olub. Layihə çərçivəsində həmçinin müxtəlif etnik və mədəni dəyərlərin daşıyıcıları olan gənclərin işsizlik probleminə münasibəti öyrənilib, informasiya mübadiləsi aparılıb.
Təlim iştirakçıları həmçinin Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə ilə görüşüb və Heydər Əliyev Mərkəzində olublar.
Sonda təlim iştirakçılarına Avropa Komissiyası və “Gənc Sahibkarlar Klubu” İctimai Birliyinin sertifikatları təqdim olunub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət