Bakı sakinlərinin üçdə biri (36%) məzuniyyətlərini necə keçirəcəklərinə hələ də qərar verməyiblər. “Rəy” Monitorinq Mərkəzinin 2014-cü il iyulun 15-dən 18-dək Bakı şəhərində keçirdiyi ictimai rəy sorğusunun nəticələri belə deməyə əsas verir.
Rəyi soruşulanların 15%-i bağda dincəlir, 9%-i xaricdə istirahət edib və ya etmək niyyətindədir, 19%-i məzuniyyətini rayonlarda keçirib və ya keçirəcək, qalan 21% isə Bakıda qalaraq istirahət günlərini çimərlikdə keçirməyi düşünür.
Tətilə xaricə yollanmaq istəyən Bakı sakinlərinin üçdə birindən çoxu (38%) Türkiyəni, təxminən o qədər də insan Gürcüstanı seçib, qalan 25%-ə qədəri “bir-iki günlük də olsa” Avropaya səfər etməyi düşünürlər.
Qeyd edək ki, əvvəlki illər xaricdə istirahətə üstünlük verən respondantlərin tətil planlarında böyük fərqlə üstünlüyü ələ alan Türkiyə tədricən mövqelərini Gürcüstana verməkdədir.
Sorğu iştirakçıları Türkiyə kurortlarında istirahəti daha komfortlu saysalar da, qardaş ölkədə tətil Gürcüstandakından baha başa gəlir. Respondentlərin seçiminə təsir edən də elə budur.
Qeyd edək ki, tətil yerini seçərkən, paytaxt sakinlərinin böyük əksəriyyəti (83%) İnternetdən istifadə edir. Halbuki cəmi bir neçə il əvvəl bu üsuldan yalnız gənclər istifadə edirdi.
Hərçənd hələ də istirahət imkanları barədə ən etibarlı məlumat mənbəyi kimi qohumların və yaxınların rəyləri və şəxsi təcrübə (46%) göstərilir.
Yaşı 18 və yuxarı olan təxminən 1000 nəfər işləyən paytaxt sakinini əhatə etmiş sorğu yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilib. Nisbi xəta 3,5%-dən artıq deyil.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət