Azərbaycanda ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Festivalın açılışında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tədbir iştirakçılarına təbrik məktubu oxunub.
Açılış mərasimində çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov qeyd edib ki, bu musiqi festivalı vasitəsi ilə Azərbaycan dünyaya sülh mesajları göndərir və heç bir sərhəd tanımayan musiqi sülhsevər insanları birləşdirir.
Azərbaycanın xalq artisti, festivalın təşkilat komitəsinin sədri Fərhad Bədəlbəyli builki festivalın əvvəlkilərdən fərqləndiyini qeyd edib.
Onun sözlərinə görə, musiqiçilərin çıxışları yalnız Qəbələdə deyil, həm də bir sıra qonşu rayonlarda təşkil olunacaq.
“Bizim hər birimiz bayram əhval-ruhiyyəsindəyik. Cənubi Afrikadan çox məşhur bir orkestr gəlib, onun 100 yaşı var. İştirakçıları möhtəşəm tədbir gözləyir. Rusiya, Ukrayna, İsraildən qonaqlar gəliblər. O cümlədən Azərbaycan bəstəkarlarının da əsərləri səslənəcək”, - deyə F.Bədəlbəyli bildirib.
O, həmçinin qeyd edib ki, festivalın açılışı Mosartın konserti ilə başlayıb.
“Bir az kədər var, çünki iyulun 23-ü Ağdamın işğalı günüdür. Biz də proqramı belə tərtib etmişik ki, bu hadisəni mütləq yadımızda saxlayaq”, - deyə o qeyd edib.
Xalq artisti bu festivalın Qarabağda da keçiriləcəyinə əminlik ifadə edib.
“Mənim çıxışım iyulun 26-da Yohannesburq orkestri ilə Azərbaycanda istehsal olunan fortepianoda nəzərdə tutulub”, - deyə xalq artisti Murad Adıgözəlzadə bildirib.
İ.Əhmədov, A.Zeydullayeva
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət