Hesablama Palatası Ali Audit Qurumlarının (AAQ) Avropa Təşkilatlarının (EUROSAI) Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə yaradılmış İşçi Qrupuna qoşulub. Bu barədə Palatanın məlumatında bildirilir.
2014-cü ilin 16-19 iyun tarixlərində EUROSAI-ın Niderland Krallığında keçirilmiş IX Konqresi zamanı İşçi Qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib. İyul ayında Azərbaycanın Hesablama Palatasının bu qrupa qoşulması təsdiq edilib.
İşçi Qrupunun tərkibinə Ukrayna, Belarus, Macarıstan, Qazaxıstan, Moldova, Polşa və Rusiyanın Ali Audit Qurumları daxildir.
Təbii və texnogen fəlakətlərin müasir dövrdə beynəlxalq xarakter daşıması, bu fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması ilə bağlı ayrılmış vəsaitlərin effektiv istifadəsinin təmin edilməsi AAQ-ların bu istiqamətdə intensiv və qarşılıqlı fəaliyyətlərini zəruri edib. Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi Qrupunun yaradılmasında məqsəd bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi və əlaqələndirilməsidir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət