Gəncədə ünvanlı sosial yardım alanların sayı azalıb.
Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzindən “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna verilən məlumata görə, bu azalma əhalinin gəlirlərinin artması ilə bağlıdır.
Hazırda Gəncə şəhəri üzrə 4041 nəfər ünvanlı sosial müavinət alır. Bunlardan 34-ü məcburi köçkün ailəsi, 45-i müharibə əlili, 633 nəfəri isə digər səbəblərdən əlillik dərəcəsi olanlardır.
“Öhdələrində 1 yaşadək uşaq olan ailələr var ki, onlar həm ünvanlı sosial yardım alırlar, həm də ki, uşağın 1 yaşı tamam olana qədər ayrıca müavinət alırlar”, - deyə Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Bəyəli Xəlilov bildirib.
Mərkəzdən verilən məlumata görə, sosial yardım alanların sayı ötən dövrlə müqayisədə 10% azalıb.
Statistikaya görə, 2013-cü ilin sonuna 4510 nəfər sosial müavinətlə təmin olunubsa, hazırda bu rəqəm 4041-ə enib. B.Xəlilov mövcud azalmanı əhalinin sosial rifahının yaxşılaşması ilə əlaqələndirir.
“Ailənin istifadəsində avtomobilin olması sosial yardıma xitam verilməsinə gətirib çıxarır. Bundan başqa, ailə gəlirinin 50%-dən çox miqdarda bank öhdəliyi varsa və ya ailədə ödənişli təhsil haqqı yaşayış minimumunun 10 misli qədər olarsa bu, ünvanlı sosial müavinətin verilməsinə mane olur”, - deyə B.Xəlilov qeyd edib.
F.Mehdiyev
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət